İqtisadiyyat xəbərləri

Külli miqdarda siqaretin qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısı alınıb

12:40 21-04-2017

Külli miqdarda siqaretin qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısı alınıb

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "CM8 G2K" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.


Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, yoxlama zamanı avtomobilin salonundan, oturacaqlarının altından və içindən gömrük nəzarətindən gizlədilən 4800 ədəd "Pirveli" markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



© APA 2017