İqtisadiyyat xəbərləri

Ödəniş xidmətləri və sistemləri ilə bağlı yeni qanun hazırlanır

11:30 17-05-2018

Ödəniş xidmətləri və sistemləri ilə bağlı yeni qanun hazırlanır

"Ödəniş sistemləri xidməti haqqında qanunun hazırlanması bizim qarşımızda əhəmiyyətli və labüd vəzifə kimi qoyulub".

 

"APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Maliyyə Texnologiyalarında Yeni Trendlər: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik mövzusunda" forumda Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktoru İbrahim Alışov deyib.

 

"Bu gün ümumiyyətlə bizim bazarda informasiya texnologiyalarının yeniliklərinə ən tez reaksiya verən ödəniş xidmətlərinin təchizatçılarıdır. Ödəniş xidmətləri təchizatçılarının da nəzarət çərçivəsinin formalaşdırılması istiqamətində bizim Maliyyə Bazarlarına Nəzarət Palatası beynəlxalq təşkilatlarla birlikdə ödəniş sistemləri xidməti, "Ödəniş sistemləri xidməti haqqında" qanunun hazırlanması bizim qarşımızda əhəmiyyətli və labüd vəzifə kimi qoyulub", - deyə İ.Alışov çıxışında bildirib.



© APA 2018