İqtisadiyyat xəbərləri

2000 dollaradək kreditə görə 100 mindən çox müştəri ilə banklar arasında fikir ayrılığı var

14:28 28-12-2017

2000 dollaradək kreditə görə 100 mindən çox müştəri ilə banklar arasında fikir ayrılığı var

"Statistik məlumatlara əsasən, 2000 dollar məbləğində banklarla fikir ayrılığı olan müştərilərin sayı 100 min nəfərdən artıqdır".

 

"APA-Economics" xəbər verir ki, bunu Bank Ombudsmanının məsul katibi Elçin Həsənov bildirib.

 

"Bank Ombudsmanı İkram Kərimov hər zaman qeyd edib ki, iddia məbləğinin 2000 dollar müəyyən edilməsində əsas məqsəd az təminatlı ailələrin öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar qarşılaşdıqları problemlərin aradan qaldırılması və problemli kreditlərin böyük hissəsinin məhz bu məbləğdən aşağı olmasıdır. Məbləğ artırıldığı təqdirdə bu rəqəmin sayı daha da yüksələcək. Ona görə, ilkin mərhələdə götürülən məbləğ daha realdır. Gələcək görülən işlərin nəticəsindən və eləcə də qazanılan təcrübələrdən asılı olaraq, bu məbləğin daha da artırılması nəzərdə tutula bilər", - deyə o bildirib.



© APA 2018