İqtisadiyyat xəbərləri

"Bank VTB (Azərbaycan)"-nın səhmlərinin 99,99%-i Rusiya hökumətinin nəzarətinə keçib

15:09 14-11-2017


VTB Qrupu "Bank VTB (Azərbaycan)" ASC-nin səhmlərinin 99,99%-nin alışını başa çatdırıb.

 

"APA-Economics" xəbər verir ki, "AtaHoldinq" MMC-yə məxsus 48,99% səhm paketi VTB Qrupuna daxil olan "Bank VTB 24" tərəfindən alınıb.

 

Əqd noyabrın 10-dan etibarən qüvvəyə minib.

 

Beləliklə, hazırda "Bank VTB (Azərbaycan)" ASC-nin səhmdarları bunlardır: "Bank VTB" - 51%, "Bank VTB 24" 48,99%, fiziki şəxs Adıgözəl Ağayev - 0,01%.



© APA 2017