İqtisadiyyat xəbərləri

Şahmar Mövsümov BVF-in departament direktoru ilə görüşüb

15:32 13-09-2017

Şahmar Mövsümov BVF-in departament direktoru ilə görüşüb

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad Azurun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.


Fondun İctimaiyyətlə əlaqələr sektorundan "APA-Economics"ə verilən məlumata görə, görüşdə ARDNF-nin fəaliyyəti, Azərbaycanda makroiqtisadi sabitliyin və fiskal dayanıqlığın tənzimlənməsi istiqamətində atılan addımlar və digər məsələlər müzakirə edilib.



© APA 2017