İqtisadiyyat xəbərləri

“Yapı Kredi Bank Azərbaycan”ın rəhbəri işdən ayrılır

13:28 27-12-2017

“Yapı Kredi Bank Azərbaycan”ın rəhbəri işdən ayrılır

“Yapı Kredi Bank”ın baş icraçı direktoru Faik Açıkalın bankla yollarını ayırır.

 

“APA-Economics” xəbər verir ki, bankir dekabrın 29-da tutduğu vəzifədən azad olunacaq. Buna səbəb onun təqaüd yaşına çatmasıdır. Bu vəzifəni müvəqqəti olaraq baş icraçı direktorun müavini  Nikkolo Umbertalliyə həvalı olunub.

 

Baş icraçı direktor vəzifəsinə Gökhan Erünün təyin olunacağı gözlənilir. Bu məsələyə 2018-ci ilin yanvarın 15-də keçiriləcək bankın İdarə Heyətinin iclasında baxılacaq.

 

Qeyd edək ki, F. Açıkalın “Yapı Kredi Bank Azərbaycan”ın Müşahidə Şurasının sədridir. Beləliklə, o, avtomatik olaraq bu vəzifədən kənarlaşdırılacaq. 

 

"Koç Holding" Müşahidə Şurasının sədrinin müavini, "Yapı Kredi" Müşahidə Şurasının aədri Ali Koç vəzifə dəyişikliyi ilə bağlı etdiyi açıqlamasında uzun illərdir bankda davam etdirdiyi uğurlu fəaliyyəti üçün F.Açıkalına təşəkkür edib: "Yapı Kredi" son illərdə güclü maliyyə performansından əlavə, xüsusilə rəqəmsal bankçılıq istiqamətində ciddi sərmayələr etdi və həyata keçirdiyi yenilikçi çalışmaları ilə rəqəmsal bankçılığa istiqamət verib. Faik bəyə 2009-cu ildən bu günə kimi bankımıza göstərdiyi xidmətləri və töhfələri üçün təşəkkür edirəm. Faik Açıkalının yerinə təyin edilən Gökhan Ürün də bankçılıq sektorunda uzun illərə dayanan təcrübəsi ilə bankımızı daha da böyük uğurlara daşıyacağına və ölkə iqtisadiyyatına töhfələr verəcəyinə ürəkdən inanıram".


G. Ürün İstanbul Texniki Universitetinin Elektronik və xəbərləşmə fakültəsində bakalavr dərəcəsini aldıqdan sonra Yeditəpə Universitetində İqtisadiyyat üzrə magistr pilləsindən məzun olub. 1994-cü ildə Türkiyənin "Garanti Bankı"nda Xəzinə departamentində iş həyatına başlayıb və 1994-2000 ci illər arasında Korpoativ marketinq bölməsinin rəhbəri təyin olunub. 2004-cü ildə "Garanti Emeklilik ve Hayat A.Ş."-də İdarə Heyətinin sədri vəzifəsini icra edib və 1 sentyabr 2005-ci ildən etibarən "Garanti Bankı"nın İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edib. 2 Sentyabr 2015-ci ildən etibarən "Garanti Bankı"nın İdarə Heyəti sədrinin müavini vəzifəsi ilə bərabər eyni zamanda "Garanti Bank İnternational N.V."-də Müşahidə Şurasının sədri, "Garanti Yatırım ve Menkul Kıymetler A.Ş."-də Müşahidə Şurası sədrinin müavini və "Garanti Bank Rumuniya S.A."-da Müşahidə şurasının üzvü olub.



© APA 2018