İqtisadiyyat xəbərləri

® “Nar”ın dəstəyi ilə keçirilən “Elektron təhsil” müsabiqəsinin qalibləri mükafatlandırıldı

11:45 27-12-2017

®  “Nar”ın dəstəyi ilə keçirilən “Elektron təhsil” müsabiqəsinin qalibləri mükafatlandırıldı

“Nar” tərəfindən dəstəklənən və Azərbaycan Respublikası Təhsil nazirliyi tərəfindən keçirilən ənənəvi “Elektron təhsil” respublika müsabiqəsinin müəllim, şagird və tələbə istiqamətlərinin 6 nominasiyası üzrə qəbul edilmiş 644 layihəyə ekspertlər tərəfindən baxılıb, ekspertlərin qiymətləndirmə nəticələrinə əsasən 197 layihə nominant müəyyən edilib. Növbəti mərhələdə işlər münsiflər heyəti tərəfindən onlayn qiymətləndirilərək nominantlar arasından qaliblər seçilib.   

 

Xatırladaq ki, müsabiqənin keçirilməsində məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən  müəllimlərin fəaliyyətini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaqdır. Tədrisdə İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadə etməyə stimullaşdırmaq da müsabiqənin əsas məqsədlərindəndir.      

 

Müsabiqə “Nar”, “AzEduNet”, “Ultra”, “Təhsildə innovativ texnologiyalar” əlavə təhsil mərkəzi və “Edumedia Azərbaycan” tərəfindən dəstəklənməkdədir. Elm və təhsilin inkişafına davamlı dəstək verən “Nar” bu il də ənənəvi olaraq “Elektron təhsil” respublika müsabiqəsinin əsas tərəfdaşlarından oldu. 

 

Özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində “Nar” ölkənin ictimai həyatında aktiv iştirak edir, sosial məsuliyyət hissi ilə elm, təhsil, mədəniyyət və idman sahələrini əhatə edən müxtəlif layihələrə dəstək olur. 

 

“Nar” KSM strategiyası haqqında əlavə məlumatı nar.az internet səhifəsindən almaq olar.

 

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.  



© APA 2018