İqtisadiyyat xəbərləri

SKMF Suraxanıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır

16:27 29-12-2017

SKMF Suraxanıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Suraxanı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, SKMF Suraxanı rayonunun Əmircan qəsəbəsində işgüzar forum keçirib.

 

İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Suraxanı rayonu üzrə sahibkarlıq subyektlərindən startap layihələrin maliyyələşdirilməsi, ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması, istixana və zeytunçuluq təsərrüfatlarının yaradılması, badam bağının salınması, həmçinin plastik və karton tara istehsalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

 

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin SKMF-yə müraciət edə bilərlər.



© APA 2018