İqtisadiyyat xəbərləri

Azərbaycan magistral kəmərlərlə qaz nəqlini 10% artırıb

17:20 17-07-2017

Azərbaycan magistral kəmərlərlə qaz nəqlini 10% artırıb

2017-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 21 mln. 52,7 min ton neft nəql edilib.


Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, nəqletmənin 78,3%-ni Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-iyun ayları ərzində bu kəmər vasitəsilə 16 mln. 474,7 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 3,263 mln. ton tranzit nefti də nəql edilib.

Bu ilin yarım ilində Azərbaycanın magistral qaz kəmərləri ilə 11 mlrd. 428,9 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2% artım müşahidə olunub. Qazın nəqlinin 33,3%-i Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə həyata keçirilib və 3 mlrd. 801,2 milyon kubmetr qaz ötürülüb.



© APA 2017