İqtisadiyyat xəbərləri

Azərbaycan qızıl istehsalını 3,2 dəfə artırıb

16:20 17-07-2017

Azərbaycan qızıl istehsalını 3,2 dəfə artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 3 124,8 kq qızıl istehsal edilib.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, 2016-cı ilin 6 ayı ilə müqayisədə 3,2 dəfə çoxdur. Nəticədə bu ilin iyulun 1-nə 36,5 kq hazır məhsul ehtiyatı yaranıb.

 

Bu ilin 6 ayı ərzində ölkədə 177,5 kq gümüş istehsal edilib ki, bu da ötən ilin 6 ayı ilə müqayisədə 9,2% azdır. Nəticədə bu ilin iyulun 1-nə 16,9 kq hazır məhsul ehtiyatı yaranıb.



© APA 2017