İqtisadiyyat xəbərləri

Azərbaycan təbii qaz ixracından gəlirini 6 dəfə artırıb

17:19 11-08-2017

Azərbaycan təbii qaz ixracından gəlirini 6 dəfə artırıb

2017-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycan 669 mln. 181,87 min dollar dəyərində 3 mlrd. 831 min 705,70 kubmetr təbii qaz ixrac edib.


"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, həcm baxımından ötən ilin eyni dövrü ilə müqayisədə 2 mlrd. 941 mln. 601,89 min kubmetr və ya 4,3 dəfə, məbləğ baxımından isə 554 min 930,57 dollar və ya 5,86 dəfə çoxdur.
 

Hesabat dövründə təbii qaz Azərbaycanın ümumi ixracının 10,88%-ni təşkil edib.

 

Qeyd edək ki, 2016-cı ilin yanvar-iyul ayları ərzində Azərbaycandan xarici ölkələrə 114 mln. 251,30 min dollar dəyərində 890 mln. 203,81 min kubmetr təbii qaz ixrac edilib.



© APA 2017