İqtisadiyyat xəbərləri

Azərbaycanda neft hasilatı 4% azalıb, qaz hasilatı 8% artıb

18:15 17-02-2017

Azərbaycanda neft hasilatı 4% azalıb, qaz hasilatı 8% artıb

2017-ci ilin yanvar ayında Azərbaycanın mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 2,5 mlrd. manat olmaqla əvvəlki ilin yanvar ayına nisbətən 0,3% azalıb.

 

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 3,4 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 1,7 mlrd. kubmetr təşkil edib. Neft hasilatı 4,2 faiz azalıb, qaz hasilatı isə 8,3% artıb.



© APA 2017