İqtisadiyyat xəbərləri

Bakıda dizel istehsalı 20% azalıb

15:51 27-12-2017

Bakıda dizel istehsalı 20% azalıb

2017-ci ilin yanvar-noyabr ayları ərzində Bakı şəhərində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 mlrd. 469,2 mln. manat olmaqla əvvəlki ilin analoji dövrü ilə müqayisədə 9,2% azalıb.

 

Bakı şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, neft məhsullarından avtomobil benzininin istehsalı 4,7%, neft koksunun istehsalı 6,8%, neft bitumunun istehsalı 22,7%, sürtgü yağlarının istehsalı 3,7 dəfə artıb, dizel yanacağının istehsalı 20%, yanacaq mazutunun istehsalı 42,6%, ağ neftin istehsalı isə 6,9% azalıb.

 

Neft məhsullarının istehsalı sahəsində əsas məhsul növlərinin buraxılışı:

 

Məhsul növləri

 

 

 

2017-ci ilin  yanvar-noyabr aylarında

istehsal  edilmişdir

Əvvəlki ilin

müvafiq dövrünə

nisbətən,

faizlə

01.12.2017-ci il vəziyyətinə

hazır məhsul  ehtiyatı

Avtomobil benzini, min ton

1 097,6

104,7

55,2

Neft-kimya sənayesində istifadə üçün benzin, min ton

169,0

96,5

1,1

Ağ neft, min ton

539,0

93,1

13,4

Dizel yanacağı,

min ton

1 718,4

80,0

53,1

Yanacaq mazutu,

min ton

262,5

57,4

7,0

Sürtkü yağları, min ton

33,6

3,7 d.

8,2

Neft bitumu, min ton

208,8

122,7

2,9

Neft koksu, min ton

197,5

106,8

1,3

 


© APA 2018