İqtisadiyyat xəbərləri

Bakıda neft hasilatı 6,2%, qaz hasilatı 2,2% azalıb

15:57 27-12-2017

Bakıda neft hasilatı 6,2%, qaz hasilatı 2,2% azalıb

Yanvar-noyabr ayları ərzində Bakı şəhərinin mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 24,4 mlrd. manat olmaqla əvvəlki ilin analoji dövrünə nisbətən 3,6% azalıb.

 

Bakı şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 34,9 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 16,6 mlrd. kubmetr təşkil edib.

 

Neft hasilatı 6,2%, əmtəəlik qaz hasilatı isə 2,2% azalıb.



© APA 2018