İqtisadiyyat xəbərləri

Brent markalı neftin qiyməti 2015-ci ildən etibarən ilk dəfə 68 dolları ötüb

03:16 04-01-2018

Brent markalı neftin qiyməti 2015-ci ildən etibarən ilk dəfə 68 dolları ötüb

Dünya birjalarında neft bahalaşmaqdadır.

 

 "APA-Economics" xəbər verir ki, Londonun İCE əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin qiyməti 1 barelə görə 2,1% artaraq 68,01 dollar təşkil edib.

 

Beləliklə, Brent markalı neftin 1 barelinin qiyməti 2015-ci il, mayın 13-dən etibarən ilk dəfə olaraq 68 dolları ötüb.



© APA 2018