İqtisadiyyat xəbərləri

Azərbaycanın bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranıb

16:40 12-07-2018

Azərbaycanın bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranıb

Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranıb.

 

Bu barədə "APA-Economics"ə "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı məlumat verib.

 

Onun sözlərinə görə, yanğın səbəbindən təhlükəsizlik məqsədi ilə respublikanın bəzi bölgələrinə enerji verilişi dayandırılıb. 

 

Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov APA-ya bildirib ki, enerji fasilə ilə bağlı Bakı metropoliteninin Bənövşəyi xəttinin iki stansiyası- "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarının işində qısamüddətli fasilə yaransa da, artıq həmin stansiyalar da işini bərpa edib. 



© APA 2018