İqtisadiyyat xəbərləri

Ötən ay Rusiyada neft hasilatı azalıb

15:28 02-01-2018

Ötən ay Rusiyada neft hasilatı azalıb

2017-ci ilin dekabr ayında Rusiyada qaz kondensatı da daxil olmaqla neft hasilatı 46,322 mln. ton təşkil edib.

 

"APA-Economics"in Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 2,5% azdır.

 

Ümumilikdə 2017-ci il ərzində qaz kondensatı ilə birlikdə Rusiyada neft hasilatı 546,800 mln. ton təşkil edib ki, bu da 2016-cı il ilə müqayisədə 0,1% azdır. Ötən il ərzində Rusiya kondensatla birlikdə  238,721 mln. ton neft ixrac edilib ki, bu da 2016-cı ildəkindən 1,1% çoxdur.  



© APA 2018