İqtisadiyyat xəbərləri

Ötən il “Azəriqaz”ın əhali sektoru üzrə 93 mindən çox yeni abonent qeydiyyata alınıb

16:17 12-01-2018

Ötən il “Azəriqaz”ın əhali sektoru üzrə 93 mindən çox yeni abonent qeydiyyata alınıb

2017-ci ilin yanvar-dekabr ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 93 350 yeni abonent qeydiyyata alınıb.

 

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, bunun da 48 877-i Bakı, Abşeron və Sumqayıt, 44 473-ü isə regionlar üzrədir. Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 097 293-ə çatıb.

 

Qeyd edək ki, 01 yanvar 2018-ci il tarixə olan məlumata görə qeyri-əhali sektoru üzrə 468 məscid və dini məbədə təbii qazdan  istifadə üçün limit ayrılıb.



© APA 2018