İqtisadiyyat xəbərləri

SOCAR gələn il Bakı-Novorossiysk kəməri ilə 1,3 mln. ton neft ixrac edəcək

15:11 12-10-2017

SOCAR gələn il Bakı-Novorossiysk kəməri ilə 1,3 mln. ton neft ixrac edəcək

SOCAR və Rusiyanın "Transneft" şirkəti 2018-ci ildə Bakı-Novorossiysk kəməri vasitəsilə Azərbaycan neftinin ixrac olunmasına dair müqavilə imzalayıblar.

 

"APA-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə bildirib.
 

Onun sözlərinə görə, sənədə əsasən, qeyd edilən marşrut üzrə gələn il 1,3 mln. ton neft nəql olunacaq.

 

"Cari ildə Bakı-Novorossiysk kəməri vasitəsilə 1,3 mln. ton Azərbaycan neftinin ixracı nəzərdə tutulub", - deyə idarə rəisi vurğulayıb.


Azərbaycan Bakı-Novorossiysk kəməri vasitəsilə 1997-ci ildən neft ixrac edir.



© APA 2017