Mədəniyyət xəbərləri

Argentinalı yazıçının əsəri Azərbaycan dilində işıq üzü görüb

15:44 03-11-2017

Argentinalı yazıçının əsəri Azərbaycan dilində işıq üzü görüb

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Argentina səfirliyinin növbəti birgə layihəsi – Müasir Argentina uşaq ədəbiyyatının tanınmış siması, yazıçı Mariya Elena Valşın “Dailan Kifki” əsəri Azərbaycan dilində işıq üzü görüb. 

 

Tərcümə Mərkəzindən APA-ya verilən məlumata görə, əsasən orta məktəb şagirdlərinin mütaliəsi üçün nəzərdə tutulmuş nəfis tərtibli kitab sahibi tərəfindən tərk edilmiş filin macəralarından bəhs edir.
 

Əsərin ispan dilindən tərcüməçisi Emin Ələsgərov, redaktoru İlqar Əlfidir.



© APA 2017