Mədəniyyət xəbərləri

Azərbaycan sairi İsmayıl bəy Nakamın “Məcnun və Leyli” poeması ilk dəfə çap olunub

13:38 23-04-2007

Azərbaycan sairi İsmayıl bəy Nakamın “Məcnun və Leyli” poeması ilk dəfə çap olunub

XIX əsr Azərbaycan şairi İsmayıl bəy Nakamın “Məcnun və Leyli ” poeması ilk dəfə nəşr edilib. Bu barədə APA-ya məlumat verən Azərbaycan Milli Elmlər Akademiyası M. Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Əlioğlunun sözlərinə görə, İsmayıl bəy Nakamın yaradıcılığı dəfələrlə tədqiqat obyekti olsa da, əsərləri indiyədək işıq üzü görməyib. İsmayıl bəy Nakamın poemasını BDU-nun dosenti Yolçu Piriyev çapa hazırlayıb. Kitabın redaktoru isə filologiya elmləri namizədi İsmayıl İsmayılovdur.
Qeyd edək ki, oxuculara yaxşı tanış olmayan şair İsmayıl bəy Nakamın adı ədəbiyyat tarixində “Xəmsə”ni yenidən yazmaq ideyası ilə yaşayır. Şair bu sıradan üç poema “Məcnun və Leyli”, “Fərhad və Şirin”, “Gəncineyi-ədəb”i (“Sirlər xəzinəsi”nə uyğun olaraq) yazıb. İdeyasını sonacan həyata keçirə bilməyən şair ölümündən əvvəl yaradıcılığını səliqə ilə köçürüb. İsmayıl bəy Nakamın bütün ədəbi irsi Əlyazmalar İnstitutunda qorunur. /APA/


© APA 2018