Mədəniyyət xəbərləri

Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb

15:04 05-10-2017

Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb

2017-ci il ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb.

 

APA-nın məlumatına görə, İsveç Kral Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafata yazıçı Kadzuo İsiquro layiq görülüb. 

                                         

Yazıçı 8 noyabr 1954-cü ildə Yaponiyanın Naqasaki şəhərində anadan olub. Beş yaşında olarkən onun ailəsi İngiltərəyə köçüb. K. İsiquro 1978-ci ildə Kent Universitetində bakalavr dərəcəsi alıb. 1981-ci ildən yaradıcılıqla məşğuldur. O, “Məni getməyə qoyma”, “Uşaqlığımı axtaranda”, “Uzaq təpələr” və s. romanları ilə məşhurdur.

 

“Məni getməyə qoyma” romanı əsasında film də çəkilib. 

 

1901-ci ildən təqdim olunan Nobel ədəbiyyat mükafatına ötən il amerikalı Bob Dilan layiq görülüb. 

 

Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək. Hər mükafatın məbləği 1 milyon dollardır.



© APA 2017