Mədəniyyət xəbərləri

Leonid Andreyevin hekayələr toplusu Azərbaycan dilində nəşr olunub

11:55 22-12-2017

Leonid Andreyevin hekayələr toplusu Azərbaycan dilində nəşr olunub

Tərcümə Mərkəzinin yeni nəşri – XX əsr rus ədəbiyyatının görkəmli simalarından olan Leonid Andreyevin hekayələrindən ibarət “Uçuş” kitabı işıq üzü görüb.

 

Mərkəzdən APA-ya bildirilib ki, kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı “Berqamot və Qaraska”, “Petka bağda”, “Mələkcik”, “Böyük dəbilqə”, “Çay kənarında”, “Uçuş” kimi hekayələri daxildir.


Kitabı Azərbaycan dilinə Rövşən Ramizoğlu tərcümə edib.



© APA 2018