Mədəniyyət xəbərləri

Məhəmməd Əmin Rəsulzadənin “Məktublar. Şəfibəyçilik” kitabı nəşr olunub

16:29 11-12-2017

Məhəmməd Əmin Rəsulzadənin “Məktublar. Şəfibəyçilik” kitabı nəşr olunub

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin “Məktublar. Şəfibəyçilik” kitabı işıq üzü görüb.

 

APA-nın xəbərinə görə, kitabda M.Ə. Rəsulzadənin 50-yə yaxın məktubu, eləcə də onun 1934-cü ildə İstanbulda çap olunmuş “Şəfibəyçilik” əsəri ilk dəfə latın qrafikası ilə Azərbaycan dilində nəşr edilib.

 

Məktubların əksəriyyəti diplomat və mühacirət tarixinin tədqiqatçısı Ramiz Abutalıbov tərəfindən Parisdə aşkarlanaraq, Azərbaycana gətirilib. “Şəfibəyçilik” əsəri isə ötən əsrin 20-30-cu illərində həm Azərbaycan siyasi mühacirəti, həm də “Müsavat” partiyası daxilində cərəyan edən proseslərdən bəhs edir.

 

Kitab Klubu tərəfindən nəşr edilmiş toplunun tərtibçisi, ön sözün və izahların müəllifi tarix elmləri doktoru Aydın Balayevdir.

 

Kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Moskvada fəaliyyət göstərən “Məmməd Əmin Rəsulzadə Məclisi” Cəmiyyətinin dəstəyilə nəşr olunub.

 



© APA 2018