Mədəniyyət xəbərləri

“Müasir Azərbaycan nəsri antologiyası” Gürcüstanda çap olunub

15:05 14-07-2017

“Müasir Azərbaycan nəsri antologiyası” Gürcüstanda çap olunub

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri - “Müasir Azərbaycan nəsri antologiyası” Gürcüstanda işıq üzü görüb.
 

Tərcümə Mərkəzindən APA-ya verilən məlumata görə, XX əsr Azərbaycan nəsrinin müxtəlif nəsillərini təmsil edən yazıçıların hekayələri toplanmış kitabı gürcü dilinə tanınmış yazıçı-tərcüməçi, Gürcüstan Dövlət mükafatı laureatı İmir Məmmədli çevirib.
 

Gürcüstanın "İntellekti" nəşriyyatında nəşr edilmiş kitabın redaktoru tanınmış tərcüməçi Manana Bostoğanaşvili, ön sözün müəllifi isə görkəmli gürcü yazıçısı Quram Odişariyadır.
 

Kitabın təqdimatının sentyabr-oktyabr aylarında Tbilisidə keçiriləcəyi gözlənilir.



© APA 2017