Mədəniyyət xəbərləri

Norveç hekayələri Azərbaycan dilində çap olunub

13:22 06-03-2018

Norveç hekayələri Azərbaycan dilində çap olunub

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – “XX əsrin Norveç hekayələri” kitabı işıq üzü görüb.

 

Mərkəzdən APA-ya bildirilib ki, Norveç nəsrinin ümumi mənzərəsini Azərbaycan oxucusuna ilk dəfə təqdim edən kitaba müxtəlif ədəbi nəslin təmsilçiləri – T.Vesos, F.Börnset, A.Myukle, N.Y.Rüd, L.A.Holma, E.Ekland, S.Holmebakk, İ.Svinsos, Y.Qorder kimi görkəmli Norveç yazıçılarının əsərləri daxil edilib.

 

Hekayələri Azərbaycan dilinə Yaşar, Güldəstə Nəsib, Fərhad Abdullayev, Etimad Başkeçid və Mahir N. Qarayev tərcümə edib.

 

Kitabın redaktoru Bəhlul Abbasovdur.

 

 



© APA 2018