Mədəniyyət xəbərləri

Rumıniya səfiri Tərcümə Mərkəzində olub

14:54 13-07-2017

 Rumıniya səfiri Tərcümə Mərkəzində olub

Rumıniyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Dan İanku və xanımı Mihaela İanku Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

 

Tərcümə Mərkəzindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan-Rumıniya ədəbi-mədəni əlaqələrinin inkişaf etdirilməsi yollarından, Tərcümə Mərkəzinin bu istiqamətdə həyata keçirdiyi beynəlxalq layihələrdən – müxtəlif dövrlərdə tərcümə və nəşr olunmuş Ejen İonesko, Mirça Kerteresku və digər tanınmış rumın ədiblərinin əsərlərindən söz açılıb, artıq bir çox dillərə tərcümə edilmiş “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın Rumıniyada, rumın yazıçı və şairlərindən ibarət toplunun Azərbaycanda nəşrinə dair məsələlər müzakirə olunub.



© APA 2017