Mədəniyyət xəbərləri

Səməd Vurğunun “Seçilmiş əsərləri” nəşr olunub

14:53 12-02-2018

Səməd Vurğunun “Seçilmiş əsərləri” nəşr olunub

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə xalq şairi Səməd Vurğunun “Seçilmiş əsərləri” nəşr olunub.

 

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoyun tərtibçisi olduğu kitabda Səməd Vurğunun 300-dən artıq seçilmiş şeirləri toplanılıb.

 

Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara paylanacaq.



© APA 2018