Mədəniyyət xəbərləri

“Sərdabənin sirri” tarixi romanı Azərbaycan dilində nəşr olunub

13:42 13-03-2018

“Sərdabənin sirri” tarixi romanı Azərbaycan dilində nəşr olunub

Nazirlər Kabineti  yanında Tərcümə Mərkəzinin yeni nəşri – görkəmli Ukrayna nasiri Nikolay Xomiçin “Sərdabənin sirri” kitabı işıq üzü görüb.

 

Mərkəzdən APA-ya bildirilib ki, “Sərdabənin sirri” romanı qədim Kiyev-Rus dövləti hakimiyyəti dövrü yaşanan tarixi hadisələri, Qərb və Bizans sivilizasiyaları arasında seçim etmək məcburiyyətində qalmış Ukrayna xalqının keçdiyi ağrılı-acılı yolu əks etdirir.
Əsəri dilimizə Saday Budaqlı və Fərhad Abdullayev tərcümə edib. Kitabın redaktoru Bəhlul Abbasovdur.

 

Nikolay Xomiç “Su pərisinin gecəsi”, “Zaman”, “Yalan torpağı”, “Sərdabənin sirri” romanlarının müəllifidir. O, “Voin sveta”, “Don Kixot” beynəlxalq ədəbiyyat mükafatları laureatıdır. Nasirin əsərlərinin əsas mövzusu itirilmiş tarixi yaddaşın bərpasıdır.
 



© APA 2018