Mədəniyyət xəbərləri

“XX əsrin Norveç hekayələri”nin onlayn versiyası oxucuların ixtiyarına verilib

12:28 14-03-2018

“XX əsrin Norveç hekayələri”nin onlayn versiyası oxucuların ixtiyarına verilib

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin son nəşrlərindən olan “XX əsrin Norveç hekayələri” kitabının onlayn versiyası Mərkəzin “Açıq kitab” elektron kitabxana portalına yerləşdirilib.

 

Tərcümə Mərkəzindən APA-ya verilən məlumata görə, Norveç nəsrinin ümumi mənzərəsini Azərbaycan oxucusuna ilk dəfə təqdim edən kitaba müxtəlif ədəbi nəslin təmsilçiləri – T.Vesos, F.Börnset, A.Myukle, N.Y.Rüd, L.A.Holma, E.Ekland, S.Holmebakk, İ.Svinsos, Y.Qorder kimi görkəmli Norveç yazıçılarının əsərləri daxil edilib.

 

Oxucular www.achiqkitab.az saytının “Tərcümə Mərkəzinin kitabları”bölməsinə daxil olmaqla kitabdan pulsuz yararlana bilərlər.

 

 



© APA 2018