Mədəniyyət xəbərləri

Yazıçı Vaqif Nəsibin “Rəngli günlər” kitabı çap olunub

09:52 06-09-2017

Yazıçı Vaqif Nəsibin “Rəngli günlər” kitabı çap olunub

Yazıçı Vaqif Nəsib Sarıhüseynoğlunun “Rəngli günlər” kitabı çap olunub.

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nazirliyin dəstəyi ilə işıq üzü görən kitaba Vaqif Nəsibin son illərdə qələmə aldığı silsilə hekayələri və “Sənsizlik, mənsizlik, onsuzluq” romanı daxil edilib. 

 

Nəşrin “Ön söz”ünün müəllifi xalq yazıçısı Elçin, redaktoru yazıçı-publisist Mustafa Çəmənlidir.

 

“Təhsil” nəşriyyatında çap edilən kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.

 

 



© APA 2017