Mədəniyyət xəbərləri

Akademik Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq

12:19 18-12-2017

Akademik Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq

Akademik Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq. APA-nın məlumatına görə, şənlik münasibəti ilə hazırlanan “Rəqs edən pinqvinlər” adlı səhnə əsərinin müəllifi və rejissoru Anar Sadıqov, rejissor assistentləri Xanım Həsənova və Könül Kərimovadır.

 

Maraqlı dekorasiyası, nağılvarı tərtibatı və maraqlı obrazları ilə uşaqları sevindirəcək tamaşanın rəssam işi əməkdar mədəniyyət işçisi İlham Elxanoğluna, rəqslərin quruluşu Lalə Hacıyevaya məxsusdur.

 

Tamaşada əməkdar artist Elxan Quliyev və aktyor Mətləb Abdullayev (Şaxta Baba) aktrisalar İlahə Həsənova (Qar qız), Rada Nəsibova (Nono), əməkdar artistlər Əlvida Cəfərov (Toto), Şəlalə Şahvələdqızı (Lolo), Mehriban Xanlarova (La), Mirzə Ağabəyli və aktyor Elnur Qədirov (Luz), aktrisa Firuzə Balayeva (Yoyo) və aktyor Rüstəm Rüstəmov (Panda) çıxış edəcək.

 

Yeni il şənlikləri 23, 24, 28, 29, 30, 31 dekabrdan yanvarın 7-dək hər gün dörd seansda təqdim olunacaq.

 

Seanslar saat 11:00, 13:00, 15:00 və 17:00-da keçiriləcək.

 

Biletləri şəhərin bütün kassalarından əldə etmək olar.



© APA 2018