Mədəniyyət xəbərləri

Ancelina Coli və Kriştianu Ronaldu türk seriyalına çəkilmək istəyirlər

18:08 17-02-2017

Ancelina Coli və Kriştianu Ronaldu türk seriyalına çəkilmək istəyirlər

Məşhur aktrisa Ancelina Coli və futbolçu Kriştianu Ronaldu türk seriyalına çəkilmək istəyirlər.

 

APA-nın məlumatına görə, “Həyat körpüsü” adlı treylerin çəkilişləri Qaziantəp şəhərində aparılacaq.

 

Serialda Suriyadakı hərbi münaqişədən qaçaraq Türkiyəyə sığınan suriyalı ailənin taleyindən bəhs edilir.

 

Filmin direktoru Eyül Dirlikin sözlərinə görə, Ronaldu və Coli serialda çəkilmək istəyən məşhurlar arasındadırlar.

 

Serialda baş rollardan birini oynayacaq Perihan Savaş ,əkilişlərin mart ayında başlayacağı bildirib.



© APA 2017