Mədəniyyət xəbərləri

Aşıq Vüqar Mahmudoğlu vəfat edib

10:14 10-01-2018

Aşıq Vüqar Mahmudoğlu vəfat edib

Aşıq Vüqar Mahmudoğlu vəfat edib.

 

Bu barədə APA-ya aşığın qardaşı, jurnalist Anar Niftəliyev məlumat verib.

 

O qeyd edib ki, aşıq Vüqar Mahmudoğlu ürək xəstəliyindən əziyyət çəkirdi: “Axşam saat 3-də dünyasını dəyişib. Bir neçə gün əvvəl infarkt keçirmişdi, reanimasiyada yatırdı, bütün cəhdlərə baxmayaraq, onu xilas etmək mümkün olmadı. Vüqarı Şamaxıda dəfn edəcəyik. Yas yeri və vida mərasimi Müşfiqabad qəsəbəsində olacaq”.

 

Qeyd edək ki, Aşıq Vüqar Mahmudoğlu 1970-ci il noyabrın 3-də Şamaxıda doğulub. Şirvan aşıq sənətinin məşhur ustadlarından olan Aşıq Mahmud Ələsgəroğlunun ilk övladıdır.



© APA 2018