Mədəniyyət xəbərləri

Aydın Kazımzadənin “Kino və zaman” kitabı nəşr olunub

17:17 14-12-2017

Aydın Kazımzadənin “Kino və zaman” kitabı nəşr olunub

Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin “Kino və zaman” kitabı nəşr olunub.

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, kitab müxtəlif janrlı filmləri beynəlxalq mükafatlara layiq görülən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaradıcılıq yoluna həsr olunub.

 

Kitabda Azərbaycan kino tarixi sistemli şəkildə öz əksini tapıb.

 

Yeni nəşr mütəxəssislər, incəsənət sahəsində təhsil alan tələbələr, kinosevərlər üçün nəzərdə tutulub.

 

“Kino və zaman” kitabı “Şərq-Qərb” nəşriyyatında çap edilib və Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara paylanılacaq.

 

 

 



© APA 2018