Mədəniyyət xəbərləri

Azərbaycan xalçaları Gürcüstanda beynəlxalq festivalda nümayiş olunacaq

17:27 14-06-2017

Azərbaycan xalçaları Gürcüstanda beynəlxalq festivalda nümayiş olunacaq

Azərbaycan xalçaları Gürcüstanda keçiriləcək Beynəlxalq Xalça Festivalında nümayiş olunacaq.

 

APA-nın “Sputnik-Georgia” agentliyinə istinadən verdiyi məlumata görə, festival iyunun 28-də Tiflis Xalq Tətbiqi Sənəti Muzeyində keçiriləcək.

 

Festival Azərbaycan Dövlət Xalça Muzeyinin sərgisi ilə açılacaq. Ekspozisiya bir ay davam edəcək.

 

İyunun 30-dan iyulun 2-dək festival Axaltsixedə rayonunda Rabat qalasında davam edəcək.

 

Festivalda İran, Türkmənistan, Qırğızıstan, Hindistan, Türkiyə və Gürcüstanın müasir xalçaçılıq nümunələri təqdim olunacaq.

 

Festival çərçivəsində həmçinin yerli və dəvət olunmuş ustalar ziyarətçilərə xalçaçılığın texnikası və müxtəlif mərhələlərini nümayiş etdirəcəklər. Master-klasla yanaşı, xalçaların, ornamentlərin hazırlanması texnikası, boyama, dizayn və digər müxtəlif maarifləndirici proqramlar da təşkil olunacaq.



© APA 2017