Mədəniyyət xəbərləri

“Azərbaycanda Mövlanə günləri” başa çatıb

19:51 25-10-2007

“Azərbaycanda Mövlanə günləri” başa çatıb

Mövlanə Cəlaləddin Ruminin 800 illik yubileyi çərçivəsində Azərbaycanda keçirilən “Mövlanə günləri” başa çatıb. APA-nın məlumatına görə, bu gün Azərbaycan Dövlət Opera və Balet Teatrında “Mövlanə günləri”nin bağlanış mərasimi keçirilib. Tədbiri açıq elan edən AMEA-nın müxbir üzvü, millət vəkili Rafael Hüseynov Azərbaycanın son 5 günü Mövlanə ilə yaşadığını bildirib. Onun sözlərinə görə, “Mövlanə günləri” çərçivəsində Azərbaycanın 4 şəhərində tədbirlər keçirilib, “Səma göstəriləri” nümayiş olunub. Daha sonra tədbirlərin keçirilməsində zəhməti olanlar mükafatlandırılıb. İran xoreoqrafiya qrupunun ifasında 12 hissəli “Oyanan eşq” tamaşasının nümayişi ilə “Azərbaycanda Mövlanə günləri”nə yekun vurulub. /APA/


© APA 2017