Mədəniyyət xəbərləri

Azərbaycanlı kinorejissor və kinoaktyorlarının Moskvada saxlanan foto arxivləri Dövlət Film Fonduna təhvil verilib

15:04 18-06-2008

Azərbaycanlı kinorejissor və kinoaktyorlarının Moskvada saxlanan foto arxivləri Dövlət Film Fonduna təhvil verilib

Bakı. Ülkər Qasımova-APA. Kinorejissorlar Həsən Seyidbəyli, Hüseyn Seyidzadə, aktyorlar Şəmsi Bədəlbəyli, Mərziyə Davudova və kinodramaturq Sabit Rəhmanın Moskva arxivlərində qorunan foto arxivləri Dövlət Film Fonduna təqdim olunub. Fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev APA-ya deyib ki, bu fotolar bu günə kimi heç bir yerdə nümayiş olunmayıb. Bundan başqa, 1953-cü ildə istehsal olunmuş “Xəzər dənizçiləri haqqında hekayə” sənədli filminin rəngli nüsxəsi Dövlət Film Fonduna verilib. C. Quliyev bildirib ki, filmin rejissoru Raman Karmen, bəstəkarı Qara Qarayev, operatoru isə Cavanşir Məmmədovdur. Bu film vaxtilə Lenin mükafatına da layiq görülüb.


© APA 2018