Mədəniyyət xəbərləri

Azərbaycanlı professorun çəkdiyi Abdulla Gül portreti Türkiyə prezidentinə hədiyyə ediləcək

14:06 18-10-2007

Azərbaycanlı professorun çəkdiyi Abdulla Gül portreti Türkiyə prezidentinə hədiyyə ediləcək

Türkiyənin Kayseri şəhərindəki Ərciyəz Universitetinin incəsənət fakültəsinin müəllimi, professor Əli Verdiyev yağlı boya ilə Türkiyə prezidenti Abdulla Gülün portretini çəkib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, Ərciyəz Universitetinin rektoru Çingiz Utaş azərbaycanlı professorun əl işi olan portreti Abdulla Gülə təqdim edəcək. Fakültənin dekanı Vedat Özsoy prezidentin oktyabrın 22-də universitetin yeni akademik ilinin açılış mərasimində iştirak etmək üçün doğulduğu Kayseriyə gələcəyini bildirib: “Fakültəmizin müəllimi, azərbaycanlı professor Əli Verdiyevdən prezidentin portretini çəkməsini xahiş etdik. O da bir həftəyə portreti hazırladı”. V. Özsoy Ə. Verdiyevin daha əvvəl də 9-cu prezident Süleyman Dəmirəlin portretini çəkdiyini xatırladıb. /APA/


© APA 2017