Mədəniyyət xəbərləri

"Bakı əsrlərin aynasında" sənədli filminin təqdimatı keçirilib

21:06 21-04-2017


Nizami Kino Mərkəzində "Bakı əsrlərin aynasında" sənədli filminin təqdimatı olub.

 

APA-nın məlumatına görə, təqdimat mərasimində  mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, xalq artisti Şəfiqə Məmmədova, mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər.

 

Tədbirdə qeyd olunub ki, film Bakıda mövcud olan abidələrin tarixindən bəhs edir.

 

Ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Salnaməfilm" kinostudiyasında çəkilib.  Filmin rejissoru Nataliya Zavoznenko, ssenari müəllifi Sergey Şaçindir.

 

Tədbirdə çıxış edən filmin rejissoru və ssenari müəllifi Bakının tarixindən, maddi-mədəniyyət abidələrindən, müasir dövrdəki inkişafından danışıblar. 



© APA 2017