Mədəniyyət xəbərləri

Bakıda Beynəlxalq Muzeylər Gününə həsr olunan tədbir keçirilib

16:44 18-05-2017

Bakıda Beynəlxalq Muzeylər Gününə həsr olunan tədbir keçirilib

Milli Azərbaycan Tarixi Muzeyi və İncəsənət Muzeyində  Beynəlxalq Muzeylər Gününə həsr olunan tədbir keçirilib. APA-nın məlumatına görə, hər iki tədbir Beynəlxalq Muzeylər Təşkilatının “Muzeylər və mübahisəli məqamlar - muzeylərdə deyilməyənlərin səslənməsi” adı altında müəyyənləşdirdiyi mövzuya həsr olunub.

 
Tarix Muzeyində təşkil olunan tədbirdə çıxış edən muzeyin direktoru Nailə Vəlixanlı “1920-50-ci illərdə repressiyalar” mövzusunda çıxış edib, repressiyaların Azərbaycan xalqına vurduğu zərbələrdən danışıb. O, qeyd edib ki, repressiyalara tarixçilər, rəssamlar, yazıçılar və başqa sahələri təmsil edən şəxs məruz qalıb və onların ailələri uzun illər mənəvi təzyiq altında saxlanılıb.
 
Ombudsman Elmira Süleymanova tədbirin əhəmiyyətindən danışıb və muzeylərin müasir həyatımızdakı yerini yüksək qiymətləndirib. 
 
İncəsənət Muzeyində təşkil olunan tədbirdə isə qətl və sürgünə məruz qalmış rəssamların əsərləri nümayiş olunub. 
 



© APA 2017