Mədəniyyət xəbərləri

Kreml Dövlət Sarayında Müslüm Maqomayevə həsr olunmuş konsert keçiriləcək

09:49 13-04-2017

Kreml Dövlət Sarayında Müslüm Maqomayevə həsr olunmuş konsert keçiriləcək

Kreml Dövlət Sarayında xalq artisti Müslüm Maqomayevin anadan olmasının 75 illiyinə həsr edilən qala konsert keçiriləcək.

 

APA-nın Kreml Dövlət Sarayının saytına istinadən verdiyi məlumata görə, “Sənsiz nəğmə yoxdur” adlı konsert mayın 31-də olacaq.

 

Konsert “Rus filarmoniyası” Moskva simfonik orkestri və “XXI əsrin tenorları” art-layihəsinin birgə proqramı əsasında baş tutacaq. 

 

Gecədə Rusiya Dövlət Akademik Böyük Teatrının, Moskva Akademik Musiqili Teatrının, Yeni Opera Moskva Teatrının, Almaniyanın Leypsiq Opera Teatrının solistləri çıxış edəcəklər.



© APA 2017