Mədəniyyət xəbərləri

Gənc Tamaşaçılar Teatrında Lütfi Zadənin xatirəsinə həsr olunan tamaşa təqdim olunub

16:18 13-04-2018

Gənc Tamaşaçılar Teatrında Lütfi Zadənin xatirəsinə həsr olunan tamaşa təqdim olunub

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında isveç yazıçısı Fridrix Dürremattın “Dəlixanada qətl” pyesi əsasında eyniadlı tamaşaya ictimai baxış keçirilib. APA-nın məlumatına görə, tamaşa dünya şöhrətli mərhum alim Lütfi Zadənin xatirəsinə həsr olunub.

 

Əsəri rus dilindən Dilsuz Mustafayevdir tərcümə edib. Səhnə əsərinin quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, rejissor assistenti Sevda Hacışəmiyevadır.

 

Tamaşada əsas obrazları əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Sövqü Hüseynov, aktyorlar Mehriban Hüseynova, İradə Rəşidova, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Anar Seyfullayev, Ramiq Nəsirov, Ramil Məmmədov, Aygün Fətullayeva, Müşfiq Əliyev, Kərəm Hadızadə, Güşvər Şərifova, Mirzə Ağa Mirzəyev, Rövşən Abbasov, Məhərrəm Musayev, Elgün Yəhyayev və başqaları canlandırır.

 



© APA 2018