Mədəniyyət xəbərləri

Gənc Tamaşaçılar Teatrında “Qulliver Cırtdanlar ölkəsində” tamaşası hazırlanır

16:29 05-10-2017

Gənc Tamaşaçılar Teatrında “Qulliver Cırtdanlar ölkəsində” tamaşası hazırlanır

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın son hazırlıq işləri yekunlaşmaq üzrədir. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ilk dəfə filosof və ictimai xadim Conatan Sviftin məşhur “Qulliver Cırtdanlar ölkəsində” əsərinə müraciət edən kollektiv tamaşanı fərqli yozumda təqdim edir.

 

Tamaşada kukla elementlərindən istifadə olunaraq müəllifin başlıca silahı olan satira və gülüş məqamları yaradıcı heyət tərəfindən həll olunub.

 

Quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamı Elşən Sərxanoğlu, plastika üzrə iş Ceyhun Dadaşova məxsus tamaşada əməkdar artistlər Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Elşən Hacıbabayev, Müşfiq Əliyev, Ramil Məmmədov, Elnur Hüseynov, Asya Atakişiyeva, Nuriyyə Əliyeva, Xəyalə Meydanova, Könül Əbilova, Nuranə Hüseynova, Aygün Fətullayeva, Vüqar Məmmədəliyev, Bəhram Həsənov və başqaları iştirak edirlər.

 

Tamaşanın premyerası oktyabrın 27-də baş tutacaq. 

 

 



© APA 2017