Mədəniyyət xəbərləri

Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası olacaq

16:49 07-06-2018

Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası olacaq

İyunun 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Tənbəl Əhməd” adlı yeni tamaşanın premyerası olacaq.

 

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan xalq nağılı əsasında səhnələşdirilmiş və teatrın repertuar planında təsdiq olunan “Tənbəl Əhməd” adlı səhnə əsərinin quruluşunu gənc rejissor Ayla Osmanovanın verib. Tamaşada rolları əməkdar artistlər Nəsibə Eldarova, Vahid Əliyev, aktyorlardan Səbinə Məmmədova, Zümrüd Quliyeva, Anar Seyfulayev, Müşfiq Əliyev, Küşvər Şərifova, Xəyalə Meydanova, Sona Babayeva və başqaları ifa edirlər.



© APA 2018