Mədəniyyət xəbərləri

Heydər Əliyev Sarayında opera və operettalardan ibarət konsert tamaşa keçiriləcək

14:38 31-08-2017

Heydər Əliyev Sarayında opera və operettalardan ibarət konsert tamaşa keçiriləcək

Sentyabrın 25-də Heydər Əliyev Sarayında Azərbaycan opera və operettalarından ibarət "Əbədi Musiqi" adlı konsert tamaşa keçiriləcək.

 

Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, gecədə Azərbaycan klassik opera və operettalarından ən gözəl parçalar, solo nömrələr və duetlər ifa olunacaq. Konsertdə Samir Cəfərov, Fidan Hacıyeva, Anar Şuşalı, İnarə Babayeva, Fərid Əliyev, Afaq Abbasova, İlahə Əfəndiyeva, Gülnaz İsmayılova, Fəridə Məmmədova, Nərgiz Kərimova, Taleh Yəhyayev, Cahangir Qurbanov, Mahir Tağızadə və başqaları iştirak edəcəklər.

 

Konsert tamaşada müğənniləri Nazim Hacıəlibəyovun rəhbərliyi ilə, Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik orkestri müşaiyət edəcək.

 

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-40 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə etmək olar.

 

Qeyd edək ki, “APA Holding” konsertin təşkilinə informasiya dəstəyi verir. 



© APA 2017