Mədəniyyət xəbərləri

İmran Qasımovun 100 illik yubileyi qeyd olunacaq

18:01 28-06-2018

İmran Qasımovun 100 illik yubileyi qeyd olunacaq

Prezident İlham Əliyev İmran Qasımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, Mədəniyyət Nazirliyinə Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla, xalq yazıçısı İmran Qasımovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.



© APA 2018