Mədəniyyət xəbərləri

Ssenari müsabiqəsinin qalibləri müəyyənləşib

15:53 16-11-2017

Ssenari müsabiqəsinin qalibləri müəyyənləşib

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında növbəti iclas keçirilib.

 

İttifaqın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Zaman və Məkan” adlı qısametrajlı sənədli filmlərin ssenari müsabiqəsinin qaliblərinin müəyyən edilməsi ilə bağlı keçirilən iclasda İttifaqın sədri, professor Şəfiqə Məmmədova, qurumun birinci katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev, kinorejissor xalq artisti Oqtay Mirqasım, kinorejissor əməkdar incəsənət xadimi Rafael Qəmbərov, əməkdar incəsənət xadimi Yavər Rzayev iştirak ediblər.

 

İclasda iştirak edən Münsiflər heyətinin (Kinorejissor, xalq artisti Oqtay Mirqasım, kinorejissor, əməkdar incəsənət xadimi Rafael Qəmbərov, əməkdar incəsənət xadimi Yavər Rzayev və Dövlət Film Fondunun əməkdaşı Rəşad Qasımov) qərarı ilə ssenari müsabiqəsinin qalibləri aşağıdakı kimi qiymətləndirilib:

 

1-ci yer - 1500 manat pul mükafatı (Heç bir ssenari qalib olmayıb)

 

2-ci yer - 1000 manat pul mükafatı, 24 balla “Şükriyyə taleyim” ssenarisi

 

3-cü yer - 500 manat pul mükafatı, 23 balla “Bakının su əfsanəsi” ssenarisi

 

Həvəsləndirici “Ümid” mükafatı - 500 manat pul, 20 balla “Qara Qızıl” ssenarisidir.

 

Qeyd edək ki, “Şükriyyə taleyim” ssenarisinin müəllifi Cavid Zeynallı, “Bakının su əfsanəsi” ssenarisi Rəşad Şükürovun, “Qara Qızıl” ssenarisinin müəllifi isə Seyram Əmirovdur.



© APA 2018