Mədəniyyət xəbərləri

Musiqili Teatrda “Hacı Qara” komediyasının premyerası keçiriləcək

15:11 08-11-2017

Musiqili Teatrda “Hacı Qara” komediyasının premyerası keçiriləcək

Noyabrın 9-da Azərbaycan Dövlət Musiqili Teatrında Mirzə Fətəli Axundzadənin “Hacı Qara” iki hissəli komediyasının premyerası keçiriləcək.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saat 12.00-da nümayiş olunacaq tamaşa meydan üslubunda hazırlanıb.

 

Səhnə əsərinin quruluşçu rejissoru əməkdar artist Loğman Kərimovdur. Rəqslərin quruluşu Hüseyn Əliliyə məxsusdur. 

 

Tamaşada rolları Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Nicat Əli, Hüseyn Əlili, Gülnarə Əzizova, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva və Ruslan Mürsəlov ifa edirlər.



© APA 2017