Mədəniyyət xəbərləri

Nəzakət Teymurova Yaşıl Teatrda fərqli repertuarla konsert verəcək

12:00 07-06-2018

Nəzakət Teymurova Yaşıl Teatrda fərqli repertuarla konsert verəcək

Xalq artisti, muğam ifaçısı Nəzakət Teymurova solo konsert proqramı ilə çıxış edəcək.

 

APA-nın xəbərinə görə, konsert iyunun 20-də Yaşıl Teatrda baş tutacaq. N.Teymurova musiqi gecəsinə xüsusi repertuar hazırladığını bildirib: “Həmin gün repertuarımda heç zaman ifa etmədiyim mahnılar olacaq. Əksəriyyəti Rəşid Behbudov, Yalçın Rzazadə, Flora Kərimovanın repertuarından olan mahnılardır. Aşıq mahnıları da ifa edəcəyəm. 

 

Demək olar ki, janrı tamamilə dəyişmişik. Səhnədə 15 nəfərlik heyətlə birgə çıxış edəcəm. Bu vaxta kimi muğam konsertlərim, Kamera Orkestri ilə çıxışlarım olub. Bu dəfə isə milli estradaya üstünlük vermişik. Retro mahnılarını yeni tərzdə təqdim edəcəyik”.



© APA 2018